lat. soloecismus
Fikri təhrif etməyən, lakin dil qaydaları baxımından xətalı nitq parçası.
S. termini antik ritorika ustaları tərəfindən Solo şəhərinin (yunanların Kiçik Asiyada, Kilikiyada müstəmləkəsi) adından yaradılıb. Şəhər Solonun hakimiyyəti dövründə Afinadan köçüb gəlmiş yunanlar tərəfindən salınıb, lakin onların sonrakı nəsilləri yerli əhali ilə qarışıraq qədim yunan dilinin təmizliyini itiriblər. Beləliklə, antik ritorikada qrammatik baxımdan düzgün olmayan ifadələr S. adlandırılıb. S.-lər üçün şifahi nitq, loru danışıq, dialektlər xarakterikdir, ədəbi dildə onlara yol verilmir. Buna görə də S.-dən bədii əsərlərdə qrammatik cəhətdən xətalı danışıq dilinin imitasiyası üçün üslubi fiqur kimi istifadə edilir; məsələn:
Ax!.. necə kef çəkməli əyyam idi,
Onda ki övladi-vətən xam idi! (M.Ə.Sabir)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti