yun. pleonasmos – artıqlıq, izafilik
Nitqdə məna və məzmunu zənginləşdirməyən artıq sözlərin işlədilməsi.
Bu zaman nitq parçasında eyni məna daşıyan hər hansı element təkrar olunur. Məsələn: “yenidən təkrarlanmaq”, “irəliyə doğru inkişaf etmək” ifadələrində “yenidən”, “irəliyə doğru” sözləri artıqdır, çünki birləşmələrin əsas tərəfinin mənası bu anlayışları ehtiva edir. Lakin bədii ədəbiyyatda P.-lar nitqi zənginləşdirən, ona aydınlıq, inandırıcılıq, ritm və pafos verən üslubi fiqur kimi məqbul sayılır; məsələn:
Gördü öz işini ömür də, vaxt da;
Qayıtma geriyə, qayıtma daha. (M.Araz)
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti1. Mədəniyyətin hər hansı sahəsində eyni dövrdə fəaliyyət göstərən görkəmli xadimlər qrupu.
Termin qədim yunan əsatirinin qəhrəmanları olan yeddi bacının – Pleyadaların adından yaranıb. Pleyadalar titan Atlantın və okeanida Pleyonanın Zevs tərəfindən ulduzlara çevrilmiş qızlarıdır (Buğa bürcündə bəzən “Yeddi bacı” da adlandırılan ulduz topası).
2. XVI əsrdə Fransada Pyer de Ronsarın başçılıq etdiyi poetik birlik.
Qrupun ilkin adı “Briqada” olub, 1553-cü ildən isə P. adlanıb. P. üzvlərinin sayı yeddi olmalı idi. Onların əksəriyyəti Ronsarın tələbələri olub.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. pluralis – çoxluq
Fikir müxtəlifliyi, hər hansı problemə (ictimai-siyasi, sosial və s.) yanaşmada fərqli baxışların olması.
P. ideyası Avropada XVI–XVII əsrlərdə dinə müxtəlif baxışların yaranması nəticəsində tolerantlığın tədricən qəbul edilməsi ilə bağlı meydana gəlib. P. cəmiyyətdə ideya müxtəlifliyini sosial-mədəni inkişafın əsası kimi qiymətləndirən dəyərdir. Məsələn, İntibahdan əvvəl bədii yaradıcılıq dünyagörüşündə mərkəzdə tanrı dayanırdı. İntibah tanrının yerinə insanı qoymuşdu. Postmodern dünyada isə nə tanrı, nə də insan mərkəzdədir, mərkəz bir dənə deyil, çoxdur. Postmodern əsərlərdə bir-birinə zidd fikirlər yanaşı dura bilir. Kütləvi sənətə aid olan elementlərin postmodern əsərlərdə yer alması da P.-dir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. poietike – şeir sənəti
1. Bədii əsərlərin strukturunu, bədii forma və üsulları öyrənən ədәbiyyatşünaslıq sahəsi.
Ədəbiyyatşünaslığın ən qәdim terminlərindən biridir. Bu elmin əsası Aristotel tərəfindən qoyulub. Böyük alimin estetika haqqında düşüncələri onun “Poetika” əsәrində cəmlənib. P. termini elmi mənbələrdə çox zaman “bədiilik” sözünün sinonimi, estetikanın söz yaradıcılığını öyrənən bir sahəsi kimi işlənir. XIX əsrdən bəri P.-da iki nəzəri metodika mövcuddur: sinxroniya və diaxroniya. Sinxronik metod nəzəri poetikanın – ənənəvi ədəbiyyat nəzəriyyəsinin əsasını təşkil edir. Diaxronik metod isə rus alimi Veselovski tərəfindən əsası qoyulmuş tarixi poetikada tətbiq olunur.
2. Hər hansı müəllifin yaradıcılığının və ya konkret bir əsərin özünəməxsus bədii xüsusiyyətlərinin məcmusu.
Bu mənada P. termini daha çox korifey şairlərin yaradıcılığı haqqında işlədilir; məs.: Nizami poetikası, Cavid poetikası.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. poietike – şeir sənəti
1. XX əsrin birinci yarısında Çexoslovakiyada yaranmış ədəbi istiqamət.
Əsas yaradıcılarından biri Karel Teyqe sayılır. P. fəlsəfəsinə görə, həyatın özünü poeziya kimi qəbul etmək lazımdır. I Dünya müharibəsindən sonra meydana gəlmiş bu cərəyan ədəbiyyatda müasirliyi, nikbinliyi, ictimai tərəqqini təbliğ edirdi.
2. Nitqdə bədiilik, obrazlılıq yaradan söz və ya ifadə.
Ədəbiyyat nəzəriyyəsində bədii ifadə vasitələrinin ümumi adı, məcazlar, üslubi fiqurlar, obrazlar sistemi kimi başa düşülür.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. poiesis – şeir yaradıcılığı
Nəzmlə yazılan bədii əsərlər məcmusu.
P.-ya bədii ədəbiyyatın hər üç növündə yazılan əsərlər daxildir. Lirik P. üçün tərənnüm, epik P. üçün təsvir və təhkiyə, dramatik P. üçün məkan və hərəkət səciyyəvidir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. polemikos – döyüşkən, düşmən münasibət bəsləyən
Bir fikir, mövzu ətrafında mübahisə.
Qarşı tərəflərin fikir ayrılığından irəli gələn mübahisədir. Müasir ədəbi prosesdə əsərin ifadə etdiyi ideya, həmçinin əsərin bədii özəllikləri ilə bağlı təhlillər polemik mübahisələr yarada bilir. Mətbuatda gedən P. müzakirə olunan əsərin və ya mövzunun aktuallaşmasına təsir edir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTəhkiyənin yalnız müəllifin deyil, ayrı-ayrı qəhrəmanların dili ilə verildiyi roman.
Ayrı-ayrı qəhrəmanların “səs”i müəllif “səs”i ilə qarışaraq aralarında mürəkkəb dialoji münasibətlər yaradır. Musiqi termini olan “polifoniya”nı bədii mətnin təhlilinə ilk dəfə M.M.Baxtin gətirmişdir. M.M.Baxtinə görə, Dostoyevski P.R.-ın banisidir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. poly – çox + phone – səs; hərfi: çoxsəslilik
Eyni vaxtda səslənən bir neçə bərabərhüquqlu və müstəqil bədii əhəmiyyətli melodik xətləri cəmləşdirən çoxsəslilik.
P.-da uzlaşdırılan səslər intonasiya və ritm baxımından müxtəlif olub vurğularına, kulminasiya, dinamika və tembrinə görə fərqlənir. Bədii əsərlərdə P. elə bir mətndir ki, həmin mətndə müəllif səsi ilə bərabər, başqa səslər də səslənir. Həmin səslər müəllif səsi ilə qarışaraq aralarında mürəkkəb dialoji münasibətlər yaradır. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanında müəllifin “Şah İsmayılla bağlı mətnlə Qorqudun mətni arasında bir uyğunluq, gizli də olsa bir əlaqə vardır, yoxsa?..” öz-özünə verdiyi sualı oxucu da əsəri oxuyarkən verir. Suala cavabı müəllifin özü verir. Bu cavabı müəllifin daxili dialoqu kimi də dəyərləndirə bilərik. Musiqi termini P.-nı bədii mətnin təhlilinə ilk dəfə M.M.Baxtin gətirmişdir. P. səsi romanda yalnız öz adından deyil, həm də ayrı-ayrı qəhrəmanların adından təhkiyə aparmağa imkan verir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti