Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

təsvir

Gerçəkliyin yazıda və ya şəkildə inikası.

Bədii əsərdə təsvir müəllif ideyasını və məqsədini reallaşdırmaq üçün əsas vasitədir. Təsvirdən bədii ədəbiyyatın istənilən növündə is­ti­fadə edilir. Lirik təsvirdə tərənnüm, epik təsvirdə təhkiyə, dramatik təsvirdə məkan və hərəkət təsvirin formaları kimi çıxış edir. Peyzaj, portret və s. təsvir üzərində qurulan mətn­lərdir. Lakin təsvir yalnız obyektiv varlığın zahiri görünüşünün deyil, onun daxili aləminin, ruhi vəziyyətinin əks etdiril­mə­sidir. Bədii əsərdə təsvirin öz xüsusiyyətləri vardır ki, onların əsasında obrazlılıq, müəyyən estetik prinsiplər durur.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti