Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

nәsihәtnamә

Şәrq vә Azәrbaycan әdәbiyyatında didaktik sәciyyə daşıyan əsərlər.

Nəsihətnamələr hәm nәzmlә, hәm dә nәsrlә yazılıb. Nәsihәtnamә yazan sənətkar xalq təfək­küründən gələn mənəvi-etik normaları aforistik şəkildə oxu­cuya çatdırır. A.Bakıxanov, S.Ә.Şirvani vә başqa ədiblərin nәsihәtnamәlərində böyüyə hörmət, zəhmətə çağırış mo­tivləri ifadə olunub. A.Bakıxanov “Nəsihətnamə” adlı əsərini nəsrlə yazıb. S.Ə.Şirvaninin isə oğluna nəsihət şəklində yazdığı “Öyüd”ləri nəzmlədir:

Ey oğul, olma talibi-badə,

Getməsin ta ki izzətin badə.

Badənin zuri əqli zail edər,

Adəmi hər fəsadə mail edər.

Əqldəndir şərafəti-insan,

Olmasa əql, mərd olur nadan.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti