yun. dia – arasından, üzərindən + xronos – zaman
Dil hadisələrinin, ədəbi-bədii formaların tarixi təkamül aspektində öyrənilməsi.
D. və “sinxroniya” anlayışları elmə ilk dəfə İsveçrə linqvist alimi Ferdinand de Sossür (1857–1913) tərəfindən dilçilik terminləri kimi gətirilib. Daha sonra rus alimi A.N.Veselovski tərəfindən ədəbiyyatşünaslıqda elmi metod kimi tətbiq olunub.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti