İlk bəndi on, sonrakı bəndləri on iki misradan ibarət olan şeir forması.
Müəşşər 5-12 bənddən ibarət olur. Birinci bəndin misraları həmqafiyə olur və son misra digər bəndlərin sonunda təkrarlanır. Şəkil baxımından tərcibəndə yaxındır. Tərcibəndin ilkin bəndində son iki misra qafiyələnir və bu baxımdan müəşşərdən seçilir. Müəşşərlərdə daha çox şairin fələkdən şikayəti, habelə giley-güzarı əksini tapır:
Ey büti-tutizəban, gəl ki, məqalın istərəm,
Təşneyi-dindarınam, abi-zülalın istərəm.
Nazi-gərmü qəmzeyi-çeşmi qəzalın istərəm,
Üz bəyazında sənin öz xəttü xalın istərəm.
Mətləi-vəchində əbruyi-hilalın istərəm,
Sayeyi-sərvi-qədi-tuba misalın istərəm
Dəmbədəm zövqi-təmaşayi-cəmalın istərəm,
Tari-zülfi-müşkrəngü ruyi-alın istərəm.
Qalmışam hicrində, gülzari-vüsalın istərəm,
Ey büti-tutizəban, gəl ki, məqalın istərəm. (M.P.Vaqif)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏşyanın konkret miqdarını bildirən və neçə? nə qədər? suallarına cavab verən saylar; məs.: beş, on, yüz, otuz üç, yüz on və s.
Müəyyən miqdar saylarından sonra gələn isimlər yalnız təkdə işlənir; məs.: on beş şagird, beş kitab və s. Müəyyən miqdar sayları ilə isimlər arasında çox vaxt numerativ sözlər işlənir: nəfər, baş, ədəd, dənə, cüt, dəst və s. Göz, tikə, parça, dəstə, top və s. numerativ sözləri də müəyyən miqdar sayları ilə isimlər arasında işlənir: üç göz otaq, bir tikə qənd, bir parça çorək, iki dəstə gül, bir top çit və s.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMorfoloji əlaməti -ın4 şəkilçisi olan yiyəlik hal; məs.: xalçanın rəngi, otağın havası və s.
Müəyyən yiyəlik hal kimin? nəyin? haranın? suallarına cavab verir. Cümlədə daha çox özündən sonra gələn mənsubiyyət şəkilçili sözlə III növ ismi birləşmə yaratmış olur; məs.: Kitabın rəngi yaşıl idi. Müəyyən yiyəlik hal müstəqil şəkildə yalnız ismi xəbər ola bilir; məs.: Kitab qardaşımındır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBənzəyən, bənzədilən, bənzətmə qoşması və bənzətmə əlamətinin yer aldığı təşbeh.
Məsələn: “Oğlan dayanıb güzgü qırıqları kimi parıldaşan ulduzlara tamaşa edirdi...” (S.Əhmədov) Burada təşbehin yaradılmasında iştirak edən bütün elementlər vardır: “ulduz” bənzəyən, “güzgü qırıqları” bənzədilən, “kimi” bənzətmə qoşması, “parıldaşan” isə bənzətmə əlamətidir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiOrta әsrlər Şәrq әdәbiyyatında hər bəndi beş misradan ibarət olan lirik şeir şәkli; beşlik.
Müxəmməsin misrası 15-16 hecadan ibarət olur. Qafiyə quruluşu belədir: a.a.a.a.a, b.b.b.b.a, c.c.c.c.a, d.d.d.d.a və s. Çox zaman gözәllik vә mәhәbbәt mövzularında yazılır. Son bәnddә müәllifin tәxәllüsü verilir (möhürbənd). Müxəmməs janrından həm klassik, həm də aşıq ədəbiyyatında istifadə olunub. Yazılı ədəbiyyatda müxəmməslər əruz vəznində, aşıq ədəbiyyatında isə heca vəznində yazılır. Məhəbbət, gözəllik, ictimai-sosial, fəlsəfi motivlər müxəmməsin əsas mövzularıdır. M.P.Vaqifin “Görmədim”, Q.Zakirin “Eylər” şeirləri müxəmməs janrında yazılıb; məsələn:
I bənd:
Mən cahan mülkündə mütləq dоğru halət görmədim, (a)
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. (a)
Aşinalar ixtilatında sədaqət görmədim, (a)
Biətü iqrarü imanü dəyanət görmədim, (a)
Bivəfadan lacərəm, təhsili-hacət görmədim. (a)
II bənd:
Xah sultan, xah dərvişü-gəda bilittifaq, (b)
Özlərin qılmış giriftari-qəmü dərdü fəraq. (b)
Cifеyi-dünyayədir hər еhtiyacü iştiyaq, (b)
Munca kim, еtdim tamaşa, sözlərə asdım qulaq, (b)
Kizbü böhtandan səvayı, bir hеkayət görmədim. (a)
(M.P.Vaqif)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiYalnız bənzəyən və bənzədilənin əsasında qurulan təşbeh.
Buna örtülü təşbeh də deyilir; məsələn:
Camalın günəşdir, qəmərdir üzün,
Şəkərdir dəhanın, şirindir sözün. (M.P.Vaqif)
Nümunədə dörd mükəmməl təşbeh işlənib. Məsələn, “camalın günəşdir” ifadəsində birinci söz bənzəyən, digəri isə bənzədiləndir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHər hansı bir əsərin, kitabın əvvəlində verilən izahedici məqalə; giriş.
Müqəddiməni müəllif özü, onun qələm dostu, kitabın redaktoru və ya müvafiq sahənin mütəxəssisi yaza bilər. Burada müəllif və onun yaradıcılığı barədə məlumat verilir, kitaba münasibət bildirilir, müəllifin məqsədi açıqlanır, nəşrin prinsipləri, materialların seçilməsi meyarları göstərilir. Bəzi hallarda müqəddimə “Müəllifdən”, “Redaktordan”, “Nəşriyyatdan” və s. sərlövhələrlə verilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMüxtəlif sənətkarlar tərəfindən işlədilən məşhur epitetlər.
Ədəbiyyatımızda, xüsusilə klassik poeziyada “şahbaz baxışlı”, “hindu xallı”, “kaman qaşlı” kimi tez-tez rast gəlinən epitetlər var ki, onların ilk dəfə kim tərəfindən işlənildiyini müəyyən etmək mümkün olmur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHәr beyti bir dildә olan şeir forması.
Azәrbaycan şairlәri müləmmələri, әsasәn, üç dildә: әrәb, fars vә Azәrbaycan dillәrindә yazıblar. Bu formadan daha çox qəzəllərdə istifadə olunub. Bir misrası ərəb və ikinci misrası türk dilində olan beytlərə Füzuli divanında rast gəlinir. Müləmmə klassik poeziyadan aşıq әdәbiyyatına da keçib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti