Ümumi qrammatik mənasına görə əşyanın miqdarını və ya sırasını bildirən əsas nitq hissəsi.
Say neçə? nə qədər? neçənci? suallarına cavab olur; məs.: beş, on iki, yüzlərlə, xeyli, üçüncü və s. Saylar mənaca iki yerə bölünür: miqdar sayları, sıra sayları. Miqdar sayları mənaca üç yerə bölünür: müəyyən miqdar sayları, qeyri-müəyyən miqdar sayları, kəsr sayları.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti