Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

mif

yun. muthos – rəvayət

1. Geniş ya­yıl­mış yanlış fikir, ideya, təsəvvür.

M. ide­allaşdırılmış, yaxud mənfi obraz, habelə dəfələrlə təkrarlanan səhv fikir ola bilər. İstənilən halda müasir M.-lərin yaran­masında medianın rolu aparıcıdır. Misal: «Bugünkü Hindistan – medianın yaratdığı mifdir» (İndia Today qəzeti).

2. Faktik əsası olmayan, uydurulmuş məlumat.

İlkin mənasında (qədim dövrlərdə) M.-lər top­lumların də­yərlər sistemini, dünya­gö­rü­şünü özündə əks etdirən mühüm simvollar olub. Orta əsrlərdən başlayaraq terminin mənası də­yişməyə başlayıb. O, getdikcə daha çox mənfi mənada işlədilib, əsassız faktların, uydurma iddiaların sinoniminə çevrilib. İndi hər hansı xəbəri M. ad­lan­dırmaq onun yalan olduğunu bəyan etmək deməkdir. Lakin M.-in həqiqətdən kəskin fərqlən­dirildiyi şəraitdə də terminin mənfi mənası müqəddəs mətnlərə, qədim inanc­lara və rəvayətlərə şamil edilmir.

Jurnalistika terminləri lüğəti

mikrobloq

yun. mikros – kiçik + ing. weblog sözünün qısaldılmış forması

Bloqun 100–200 simvoldan ibarət qısa forması.

M.-lar müxtəsər qeydlər yazaraq onları sürətlə internetdə yaymağa imkan verir. Belə qeydləri çat rejimində hər kəs, yaxud istifadəçinin əvvəlcədən müəy­yən­ləşdirdiyi müəyyən qrup dərhal oxuya, şərh edə bilər.

Jurnalistika terminləri lüğəti

mikroçip

yun. mikros – kiçik  + chip – parça, kəsik

Nazik maddi daşıyıcı üzərinə bər­kidilmiş və bir-biri ilə əlaqəli çox xırda sxem­lərdən ibarət kiçik elektron qurğu.

M. foto, video, audio avadanlıqlarda, kom­püterlərdə, yaddaş qurğularında geniş istifadə olunur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

mikrofon

yun. mikros – kiçik + yun. pho­ne – səs

Səs rəqslərini elektrik rəqslərinə çevirən, səs dalğasını güc­lən­dirən və məsafəyə ötürən cihaz.

M.-lar jur­na­listikanın bütün sahələrində istifadə edilən aparatlarda, səsgücləndirmə və səsyazma sistemlərində tətbiq olunur. On­lar iş prin­sipinə görə fərqlənir: isti­qa­mət­lən­mə­yən – səsləri hər tərəfdən eyni də­rə­cədə qəbul edən; ikiistiqamətli – əks tərəf­lərdən eşi­dilən səsləri qəbul edən; biristi­qamətli – bi­lavasitə M.-a yönələn səsi qəbul edən və s.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

mikrofon qovluğu

yun. mikros – kiçik + yun. phone – səs

Efirə hazırlanmış ve­rilişə dair texniki məlumatların və ya­ra­dıcılıq materiallarının (mətn, iştirakçıların siyahısı, xronometraj, rejissor ssenarisi və s). toplandığı qovluq.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

mikrofon materialı

yun. mikros – kiçik + yun. phone – səs

Mikrofon önündə ­oxun­maq, yaxud efirə hazırlanmış verilişdə səsləndirilmək üçün nəzərdə tutulan mətn, o cümlədən aparıcı və ya diktor mətni.

Jurnalistika terminləri lüğəti

mikşer

ing. mixer – qarışdıran

1. Fonoqram yazılışı pultu; müxtəlif cığırlarda yazılmış audiovideo səsləri uyğun­laş­dıran, seçən, qarışdıran, onların intensivliyini dəyişdirən qurğu.

M., adətən, çoxkanallı olur: kanalların bir qismi mono, digərləri stereo səslər üçün istifadə edilir. 

2. Montaj zamanı bir kadrdan digərinə plastik ke­çidi təmin edən pult.

Jurnalistika terminləri lüğəti

milli azlıq

Hər hansı dövlətin ərazisində yaşayaraq onun vətəndaşı olan, bu ölkədə digər millətin nümayəndələri ilə müqa­yi­sədə sayca azlıq təşkil edən insanlardan ibarət etnik qrup, icma.

Media müxtəlifliyi prinsipi cəmiyyətdə azlıqda olan bü­tün qrupların, o cümlədən M.A.-ların fikir, maraq və problemlərinin kütləvi informasiya vasitələrində adekvat əksini tap­masını jurnalistlərdən tələb edir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

milli azlıqların nəşrləri

Yaşadıqları və vətəndaşı olduqları dövlətdə milli azlıq­ların öz dilində nəşr etdikləri kütləvi informasiya vasitələri, digər çap məhsulları.

Avropa Şurasının «Milli azlıqların mü­dafiəsi haq­qında» çərçivə konvensiyasına görə, şu­ranın üzv-dövlətləri milli azlıqların mətbu informasiya vasitələri yarat­ma­larına və onlardan istifadə etmələrinə ma­neçilik tö­rətməməlidir. Bu cür nəşrlərin başlıca məqsədi milli azlıqların dilini, adət-ənə­nələrini qorumaq, onların spesifik prob­­­lemlərini işıqlandırmaqdır. M.A.N. məhdud auditoriya və maddi imkanlara malik olduğu üçün bəzi ölkələrdə döv­lətdən maliyyə yardımı alır.

Jurnalistika terminləri lüğəti