ing. weblog < ing. web – tor, şəbəkə + yun. log(os) – söz
Qeydlər, şərhlər, fotolar, linklər və multimedia elementlərinə malik, mütəmadi olaraq yenilənən onlayn-gündəlik, veb-sayt.
B.-lar üçün səhifədə əks xronoloji ardıcıllıqla yerləşdirilmiş qısa mətnlər səciyyəvidir. B. bir adama və ya qrupa aid ola, yaxud korporativ mahiyyət daşıya bilər. B.-un adi gündəlikdən əsas fərqi onun ictimai xarakter kəsb etməsindədir. B.-da hər qeydə şərhlər vermək, onu KİV-də yaymaq, müəlliflə polemika açmaq mümkündür. B. termini «weblog» abreviaturasının daha qısa formasıdır. Oksford lüğəti bu terminin ilk dəfə 1999-cu il mayın 23-də amerikalı dizayn mütəxəssisi Peter Merholz tərəfindən öz saytında işlədildiyini göstərir. ABŞ-ın Merriam-Webster lüğəti isə 2004-cü ildə B. terminini «ilin sözü» elan edib: həmin il bütün dünyada internet-lüğətə ən çox məhz bu anlayışın mənasını bilmək üçün müraciət olunub.
See also:
Jurnalistika terminləri lüğəti