Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

şərh

1. Ölkə daxilində və xaricdə cərəyan edən mühüm siyasi, ictimai, iqtisadi və s. proseslərin, idman hadisələrinin, ­rəs­mi qərar və sənədlərin mahiyyətinin ­operativ təhlili, izahı.

2. İstənilən hadisə, yaxud fakt haqqında rəy, tənqidi qeyd, mü­hakimə.

3. Analitik jurnalistika janrı.

Bu janrda yazı və verilişlərdə müəllif mövqeyi önə çıxır. Ş. auditoriyanın bir şey barədə fik­rinin formalaşmasına xidmət edir. Belə mate­riallar iki hissədən ibarət olur: fakt və ya hadisə haqqında qısa xəbər və onun geniş izahı.

See also:

Jurnalistika terminləri lüğəti