Gerçəklikdə baş vermiş hadisə; real vəziyyətə tam uyğun olan fikir, təsəvvür.
Fəlsəfi baxımdan obyektiv gerçəkliyin insan şüurunda düzgün inikası sayılan H.-ə xidmət jurnalistikanın əsas prinsiplərindəndir. Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarının ilk maddəsi bu haqdadır: «Jurnalistikanın ali məqsədi H.-i yaymaqdır». Qaydalar media işçilərindən «qeyri-rəsmi mənbələrin məlumatlarını onların H.-ə uyğunluğu yoxlanılmadan» yaymamağı tələb edir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti