slav. образ – sifət, üz
1. Xarici görünüş, sifət; məs.: obrazını dəyişmək.
2. Xarakter, tərz; məs.: həyat obrazı.
3. Obyektin optik, qrafik təsviri; məs.: kiminsə obrazını ekrana gətirmək.
4. Fəlsəfədə: insan şüurunda obyektin inikas forması və nəticəsi, bir şey haqda canlı görünən xəyali təsəvvür; məs.: unudulmaz obraz, kiminsə mediada fərqli obrazını yaratmaq.
5. Yaradıcılıq sahələrində: gerçəkliyin bədii əksi, ümumi ideyanın, həyat həqiqətinin açıqlanmasına xidmət edən konkret surət, təsvir.
Bədii O.-ın yaradılması – predmetin, hadisənin ən mühüm, xarakterik cəhətlərinin seçilərək əks etdirilməsi prosesidir. Bədii O. həm ağıla, həm də hislərə təsir edir; məsələn, bədii reklam O.-ı – reklam edilən şirkətin, malın hər hansı bir işarə (əşya, obyekt və s.), habelə real, yaxud xəyali surət vasitəsilə təsvir edilməsidir. Uğurlu bədii O. ideyanın, müəyyən keyfiyyətin «canlandırılmasına» və vizuallaşdırılmasına, hadisənin, reklam edilən firmanın və ya malın vizual cəhətdən yaddaqalan olmasına kömək edir.
6. İnformatikada: mühüm xassələri eyni olan obyektlər çoxluğu.
Jurnalistika terminləri lüğəti