Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

informasiya ehtiyatları

İnformasiya sis­temlərində – kitabxanalarda, arxivlərdə, fondlarda, məlumat banklarında və s.-də sax­lanılan sənədlər və sənəd massivləri, habelə ayrı-ayrılıqda mövcud olan sənəd­lərin cəmi.

Özəl şəxslər onların vəsaitləri he­sabına yaradılmış, qanuni yolla əl­də edil­miş, yaxud bağışlama, vərəsəlik qayda­sında toplanmış  İ.E.-nın sahiblə­ri­dirlər. Azər­baycan Respublikasının büd­cə və­sait­ləri və dövlət orqanlarının və­­saitləri he­sabına yaradılan, əldə edilən, toplanan İ.E. isə dövlət mülkiyyəti sayılır və dövlətin İ.E.-nı təşkil edir. Onların cəmi isə milli İ.E. adlanır və milli sərvət kimi qo­runur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti