Naz və işvə ilə süzgün baxış. (“Koroğlu” dastanının lüğəti)
Hərdən işvə, qəmzə satan,
Mənimlə ixtilat qatan.
Gələndə at başı tutan,
Şux gözəllər yerindəmi?
(“Eyvazın Çənlibelə gətirilməyi”)
Bax: qəbzə. (“Koroğlu” dastanının lüğəti)
Çağırgilən Halaypozan oyansın,
Qılıncın qəmzəsi qana boyansın,
Dəmirçioğlu hələ zərbə dayansın,
Möhkəm qüvvəti var, zoru qoldadır.
(Ə.Qaracadaği “Şeirlər məcmuəsi”)
Azərbaycan dastanlarının leksikası