Reklam
Reklam

Все словари

afeli [afeli] isim yunan

Coğrafiya. Yerin və ya hər hansı başqa planetin orbitinin Günəşdən ən uzaq nöqtəsi.

Azərbaycan dilinin izahlı lüğəti

affekt [affek't] isim lat. affectus – ruhi həyəcan, çılğınlıq

Bəzi insanlarda qəflətən yaranan, nisbətən qısamüddətli, güclü və coşqun emosional vəziyyət. □ Psixologiya elmi affekt vəziyyətini dözülməz psixi şərait nəticəsində qəflətən baş verən güclü ruhi həyəcan kimi müəyyən edir.

Azərbaycan dilinin izahlı lüğəti

affiks [affik's] isim latın

Dilçilik. Sözün sonuna (azadlıq), əvvəlinə (natəmiz), iki sözün arasına (rəngrəng) və s. artırılan leksik və ya qrammatik şəkilçi, morfem. □ Sözdüzəldici affiks.

Azərbaycan dilinin izahlı lüğəti

aforizm [afarizm] isim yun. aphorismos – qısa kəlam

Formasına görə yığcam, mahiyyətinə görə dərin məzmunlu kəlam; dərin mənalı fikri ifadə edən söz birləşməsi və ya cümlə; hikmətli söz. □ Nizaminin aforizmləri.

Azərbaycan dilinin izahlı lüğəti