1. Bəla, fəlakət, bədbəxtlik, müsibət, ziyan, zərər. □ Qızınıza qətiyyən afət dəyməyəcək.
2. Məcazi mənada: son dərəcə gözəl qız, qadın, dilbər haqqında. □ Gülzar altı-yeddi ay bundan əvvəl deyər, gülər, çalar, oynar şux bir afət idi. (C.Cabbarlı)
3. Məcazi mənada: çox zirək, çox cəld; od-alov. □ O, uşaq deyil, afətdir!
Azərbaycan dilinin izahlı lüğətiBəzi insanlarda qəflətən yaranan, nisbətən qısamüddətli, güclü və coşqun emosional vəziyyət. □ Psixologiya elmi affekt vəziyyətini dözülməz psixi şərait nəticəsində qəflətən baş verən güclü ruhi həyəcan kimi müəyyən edir.
Azərbaycan dilinin izahlı lüğəti