1. Orqanizmin sağlam vəziyyəti; bədən üzvlərinin hamısının düzgün işlədiyi, normal fəaliyyət göstərdiyi hal; gümrahlıq. □ Ana bu qollardakı əzələlərin qüvvət və sağlamlığını hiss edirdi. (İ.Əfəndiyev).
2. Səhhət üçün yararlılıq, xeyirlilik, cana xeyirlilik. □ Dağ havasının sağlamlığı. Sağlamlığı təmin edən amillər. Ətrafmühitin sağlamlığı.
1. Bədənin bütün üzvlərinin sağlam, saz olması, düzgün, normal işləməsi, salamatlıq, səhhət. □ Sağlığa ziyan verən şeylərdən qaçmalı.
2. Məclisdə şərəfinə badə qaldırılan şəxsə xitabən deyilən xoş sözlər, tost. □ İdris onun sağlığına deyilən tostdan xəbərsiz yatırdı. (Ə.Məmmədxanlı).
3. Sağlığın şəklində – birindən hal-əhval soruşduqda müsbət mənada cavab kimi işlənir. □ Nə xəbər var, Məşədi? – Sağlığın! (M.Ə.Sabir).
4. Sağlığına şəklində – ifadə olunan fikrə danışanın müsbət münasibəti, məmnunluğu bildirilir. □ Sağlığına, kefim kökdür.
Həmçinin bax:
Südü olan, süd verən, sağılan. □ Sağmal inək.
Həmçinin bax:
1. Salamatlıq, ölüm-itim olmama, əmin-amanlıq. □ Bizim tərəfdə sağ-salamatlıqdır.
2. Hər şeyin öz qaydasında, normal vəziyyətdə olması, heç bir xoşagəlməz hadisənin olmaması. □ Kolxozda işlər neçədir, sağ-salamatlıqdırmı? (Ə.Məmmədxanlı).
Həm sağ, həm sol; hər iki tərəf, ətraf. □ Sağ-soluna baxmaq. Sağ-solunu yoxlamaq.
Həmçinin bax:
1. Açıq yer, boş və geniş yer, tutulmamış yer; düzən. □ Geniş sahə. Qumluq sahə.
2. Torpağın müəyyən məqsəd üçün istifadə edilən parçası, qismi. □ Həyətyanı sahə. İnşaat sahəsi. Torpaq sahəsi.
3. Müəyyən məqsəd üçün ayrılan və səthi kvadrat metrlərlə ölçülənyer. □ Yaşayış sahəsi. Mənzilin sahəsi 2 kv. metrdir.
4. Hər hansı bir işin, yaxud elmin, fəaliyyətin ayrıca hissəsi,müstəqil şöbəsi. □ Elmin müxtəlif sahələri. Maarif sahəsi.
Həmçinin bax:
1. Yiyə. □ Bir şeyin sahibi. Bağın sahibi.
2. Köhnə məişətdə ər mənasında. □ Mərhumun, yəni bizim bədbəxt Mahrunun sahibinin başını tapmışlar. (M.S.Ordubadi).
Həmçinin bax: