Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

qeyri-maddi istehsal sahəsi

Birbaşa maddi nemətlər yaratmayan, insanların sağlamlığının qorunmasına, fiziki, mənəvi və əqli inkişafına, məişət problemlərinin həllinə xidmət edən istehsal sahələri.

Bu sahələrə təhsil, səhiyyə, elm, idman, incəsənət növləri, qeyri-maddi məişət xidməti formaları və s. aiddir. Qeyri-maddi və maddi-istehsal sahələri bir-biri ilə sıx bağlıdır; məsələn, cəmiyyətdə təhsil səviyyəsinin, elmi potensialın yüksəlməsi yeni maddi-istehsal sahələrinin yaranmasına, onların inkişafına səbəb olur və s.

Coğrafiya terminləri lüğəti