Fizika. Hər hansı bir cismin elektromaqnit dalğaları şüalandırması; cismin buraxdığı elektromaqnit şüa enerjisi. □ Günəş radiasiyası.
Həmçinin bax:
1. Elektrik enerjisinin rabitə, radioverilişi, televiziya, radioteleqrafiya,radiolokasiya və s. məqsədlə məftilsiz olaraq elektromaqnit dalğaları şəklində uzaq və yaxın məsafələrə verilməsi və qəbulu.
2. Bu dalğalar vasitəsilə verilən siqnallar, səslər, radio və televiziya verilişi proqramları və s. □ Radioya qulaq asmaq.
3. Radioqram. □ Moskvadan indicə radio alınmışdır. Paroxoddan hava haqqında radio alındı.
4. Radiostudiya. □ Radioda işləmək.
5. Radioqəbuledici, reproduktor. □Yeni markalı radio.
Qeyd: Radio... mürəkkəb sözlərin birinci hissəsi olub aşağıdakı mənalarda işlənir: 1) radioya aid olan, radio ilə bağlı olan; məsələn, radioklub, radioteleqram; 2) radiuma, radioaktivliyə, radiasiyaya aid olan; məs.: radioelement, radioizotoplar və s.
Həmçinin bax:
Kimya. Atom nüvələrinin nüvə hissəcikləri və ya qammakvantlar buraxaraq özbaşına və ya süni surətdə parçalanması (bu proses nəticəsində ilkin nüvələrdən fərqli olan yeni atom nüvələri əmələ gəlir). □ Uranın radioaktivliyi.
Həmçinin bax: