Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

sarafan radiosu

fars. serapa – fəxri geyim

Xidməti və ya malı bəyənmiş isteh­lak­çıların onları başqalarına tərif­lə­məsi yolu ilə həyata keçirilən pulsuz rek­lam.

Bu termin xidmət və mallar haqda informasiyanı şi­fahi üsulla yayan adamlara da şamil edilir. Belə şəxslərə insanlar daha çox inanırlar, çünki onlar göstərdikləri xidmətin mü­qa­bilində qazanc əldə etmir­lər. Terminin eti­mologiyası mübahisəlidir.

Jurnalistika terminləri lüğəti