Televiziya və radio yayımı sahəsində dövlət siyasətini həyata keçirilmək məqsədilə yaradılan müstəqil dövlət qurumu.
T.R.Ş.-larının əsas vəzifələri yayımçıların fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Onlar ölkədə teleradio məkanının vahid inkişaf konsepsiyasını hazırlayır və həyata keçirir; teleradio yayımının texniki və keyfiyyət standartlarını müəyyən edir; teleradio yayımı üçün xüsusi razılıq (lisenziya) verir, bu məqsədlə müsabiqə keçirir; teleradio yayımçılarına qarşı inzibati tənbeh və digər məsuliyyət tədbirləri tətbiq edir. T.R.Ş.-ları dövlət başçısı, parlament, yaxud dövlət başçısı ilə parlament tərəfindən müştərək qaydada yaradılır. Belə təşkilatlar müxtəlif ölkələrdə müxtəlif cür adlandırılır (federal komissiya, komitə, ali şura və s.).
Jurnalistika terminləri lüğəti