Reklam
Reklam

Все словари

ranço

isp. rancho – bir yerdə yemək yeyən dəstə

Malikanə, latifundiyanın bir forması.

R.-lar Latın Amerikası ilə ABŞ-da geniş yayılıb. Onlar əhalinin, əsasən, heyvandarlıqla məşğul olduqları böyük fermalardır.

Coğrafiya terminləri lüğəti

region

lat. regio – ölkə, sahə

1. Özünəməxsus təbii və antropogen xüsusiyyətlərə, yaxud oxşar coğrafi, iqtisadi, siyasi və ya digər əlamətlərə malik böyük ərazi.

2. Bəzi dövlətlərdə inzibati ərazi vahidi; məs.: Fransada.

Coğrafiya terminləri lüğəti

regional iqtisadiyyat

İqtisadiyyat elminin ictimai istehsalın ərazi üzrə təşkili qanunauyğunluqlarını və fəaliyyət mexanizmlərini öyrənən sahəsi.

R.İ. ayrı-ayrı regionların və ərazi istehsal komplekslərinin inkişafı ilə bağlı prosesləri tədqiq edir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

rekreasiya coğrafiyası

lat. recreatio – bərpa + yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm

Coğrafiya elmində rekreativ müalicə və istirahətin təşkili işinin qanunauyğunluqlarını, xüsusiyyətlərini öyrənən istiqamət.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti