Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

qoruq

Təbii şəraitinə, bitki və heyvanlar aləminə, tarixi əhəmiyyətinə görə elm, mədəniyyət, təsərrüfat üçün müstəsna əhəmiyyət kəsb edən, dövlət tərəfindən mühafizə olunan sahə.

Q.-da təbii sərvətlərdən istifadə etmək və onların təbii tarazlığını pozmaq qəti qadağandır. Q.-ların yaradılmasında məqsəd nəsli kəsilməkdə olan heyvan, bitki növlərini, mövcud təbii mühiti qorumaq, habelə mineral sərvətləri, estetik gözəlliyə malik təbiət abidələrini, tarixi tikililəri mühafizə etməkdir. Q.-da elmi-tədqiqat işləri, müşahidələr və təcrübələr aparılır. Dünyada ümumi sahəsi 4 mln. km2 olan 2600-dən çox Q. yaradılıb. 2015-ci ilə olan məlumata görə, Azərbaycanda 18 dövlət Q.-u fəaliyyət göstərir, onlardan ən böyükləri Qızılağac, Zaqatala, Şirvan, Türyançay, Hirkan və Qobustan Q.-larıdır.

Coğrafiya terminləri lüğəti