lat. radiatio – əksetdirmə, şüalandırma + fr. balance – tərəzi
Günəşdən Yer səthinə gələn radiasiya ilə Yer səthindən əks olunan radiasiya arasında fərq.
Bu fərq gündüzlər müsbət, gecələr mənfi olur. R.B. xüsusi cihazla (balansölçən) ölçülür və sahə vahidinə düşən enerji vahidi ilə (məsələn, vt/m2, kkal/sm2) ilə ifadə edilir. İllik hesablamalarda Yerin R.B. qütblərdən başqa hər yerdə müsbət qiymət alır.
Coğrafiya terminləri lüğətilat. radiatio – əksetdirmə, şüalandırma + yun. oikos – məkan, ev + yun. logos – elm, təlim
Biosferdə radioaktiv hissəciklərin konsentrasiya və miqrasiyasının, texnogen radioaktiv çirklənmənin canlı orqanizmlərə, onların populyasiyalarına və biosenozlara təsirini öyrənən elm sahəsi.
R.E. elminin nailiyyətləri əsasında sənayedə nüvə reaktorlarının soyudulması üçün qapalı sikllər, radioaktiv aerozolları tutub saxlayan cihazlar, radioaktiv tullantıları zərərsizləşdirən üsullar hazırlanıb canlı təbiəti mühafizə məqsədilə tətbiq edilir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətilat. radiatio – əksetdirmə, şüalandırma + lat. activus – fəal
Mühitdə radioaktiv hissəciklərin və maddələrin yolverilən həddən artıq konsentrasiyası.
R.Ç.-nin yaranmasının əsas səbəbləri tərkibində müəyyən normadan artıq radioaktiv izotoplar olan maye, bərk və qaz halında tullantılar, texnogen fəlakətlərdir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətilat. radio – şüalandırıram + yun. meteoros – səma hadisələri + yun. logos – elm, təlim
Meteoroloji tədqiqatlar üçün radiotexniki vasitələrdən istifadə edən, həmçinin meteoroloji faktorların radiodalğaların yayılmasına təsirini öyrənən elm sahəsi.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətilat. radio – şüalandırıram + fr. sonde – ölçü meyarı
Atmosferdə müəyyən ölçü işləri aparmaq üçün havaya qaldırılan və məlumatı Yerə radiodalğaları vasitəsilə ötürən cihaz.
R.-lar atmosferdə temperaturu, təzyiqi, rütubəti, küləyin istiqaməti və sürətini, kosmik şüaların intensivliyini və s.-ni qeydə alır.
Coğrafiya terminləri lüğəti