yun. bios – həyat + yun. koinos – ümumi
Biosferin müəyyən sahəsində ətraf mühitə uyğunlaşmış, abiotik faktorlar və digər amillər vasitəsilə əlaqədə olan bitki (fitosenoz) və heyvanlar aləminin (zoosenoz) məcmusu.
Məsələn, Xəzər dənizinin B.-u, meşənin B.-u. B.-un müəyyən ərazidə nə dərəcədə geniş yayılması iqlimdən, relyefdən, insanın təsərrüfat və qeyri-təsərrüfat fəaliyyətinin təsirindən, digər şərtlərdən asılıdır. Termini 1877-ci ildə alman zooloqu və botaniki Karl Möbius elmə daxil edib.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti