alm. landschaft – ölkə, mahal + yun. genesis – mənşə
Landşaftın əmələ gəlməsinə səbəb olan proseslərin məcmusu və onun müasir dinamik vəziyyəti.
Tarixən landşaft tipləri təbii faktorların təsiri altında (iqlim şəraiti, tektonik və bioloji faktorlar) formalaşıb. Sonrakı mərhələdə isə insan cəmiyyətinin fəaliyyəti landşaftəmələgətirən və landşaftı dəyişdirən əlavə mühüm faktora çevrilib. L.G. paleocoğrafi, arxeoloji və tarixi metodlarla, landşaftın vəziyyətini, strukturunu və prosesləri təhlil etmək yolu ilə öyrənilir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətialm. landschaft – ölkə, mahal + lat. componere – təşkil etmək
Landşaftı təşkil edən coğrafi komponentlər.
Bu komponentlərə landşaftın formalaşmasında əsas rol oynayan coğrafi təbəqənin litosfer (dağ süxurları, torpaq), hidrosfer (səthi və yeraltı sular), atmosfer (onun kimyəvi tərkibi) və biota (mikroorqanizmlər, bitkilər və heyvanlar) kimi ayrı-ayrı fraqmentləri daxildir. L.K.-nə həmçinin insan fəaliyyəti obyektləri (hidrotexniki qurğular, əkinçilik sahələri, meşə zolaqları və s.) aiddir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətialm. landschaft – ölkə, mahal + lat. conservatio – qoruyub saxlama
Landşaftı ilkin formada – az dəyişilmiş və ya dəyişilməmiş şəkildə qoruyub saxlamaq məqsədilə ondan istifadənin məhdudlaşdırılması.
L.K. qoruq rejimi yaratmaqla, xüsusi qoruq ərazisi təşkil etməklə və s. bu kimi üsullarla həyata keçirilir.
Coğrafiya terminləri lüğətialm. landschaft – ölkə, mahal + yun. plastikos – çevik, yapmaq üçün yararlı
Xarici faktorların təsiri altında landşaftın öz əsas xüsusiyyətlərini saxlamaqla dəyişmək qabiliyyəti.
L.P. hətta ekstremal şəraitlərdə (quraqlıq, izafi rütubətlilik və s.) də onun bütöv qalmasını təmin edir.
Coğrafiya terminləri lüğətialm. landschaft – ölkə, mahal + lat. regimen – idarə
Müəyyən zaman kəsiyində (gün, mövsüm, il, bir neçə il) landşaftda gedən və təkrarlanan təbii proseslər, hadisələr.
L.R. – energetik rejim, su rejimi, bioloji (biotik) rejim və s. komponentlərdən ibarətdir. L.R.-nin müəyyənləşdirilməsinə, ona riayət edilməsinə, landşaftın düzgün istifadəsinə (məsələn, təbii sərvətlərdən) nəzarət təbiəti mühafizə sisteminin aparıcı elementlərindəndir.
Coğrafiya terminləri lüğətialm. landschaft – ölkə, mahal + lat. recultivo – bərpa etmək
Çirklənmiş landşaftların funksional, tibbi-bioloji və estetik baxımdan bərpasına yönəldilən kompleks tədbirlər.
L.R. iki mərhələyə ayrılır: texniki (texniki rekultivasiya) – landşaftın sonrakı istifadə üçün hazırlanması və bioloji (bioloji rekultivasiya) – kompleks tədbirlərlə landşaftda biotanın yenidən inkişafına nail olunması.
Coğrafiya terminləri lüğətialm. landschaft – ölkə, mahal + lat. inversio – əks paylanma, çevirmə
Landşaftların şaquli zonallıq qanununa zidd olaraq yüksəklik üzrə əks paylanması.
L.İ. səthi kəskin parçalanmış alçaq və orta dağlıq ərazilər üçün xarakterikdir və əsasən, temperatur inversiyası nəticəsində formalaşır. Atmosfer yağıntılarının yamacboyu əks paylanması (inversiyası) da L.İ.-na səbəb ola bilər. Azərbaycanda Talış dağlarında müşahidə edilən L.İ. məhz bununla əlaqədardır.
Coğrafiya terminləri lüğətialm. landschaft – ölkə, mahal + yun. typos – forma, nümunə + logos – elm, təlim
Landşaftların mühüm keyfiyyət göstəricilərinə və oxşar xüsusiyyətlərə görə qruplarda birləşdirilməsi.
Landşaf tipləri başlıca olaraq iki göstərici əsasında formalaşır: istilik və rütubət (arktik landşaft, subarktik landşaft, boreal landşaft, subtropik landşaft və s.). Landşaftlar struktur xüsusiyyətlərinə, relyef formalarına, bir sıra digər elementlərinə görə də təsnifatlaşdırılır, qruplara, altqruplara ayrılır; məsələn, formalaşma prosesində insanın iştirakından asılı olaraq təbii, təbii-antropogen, antropogen landşaftlar olur.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiFiziki coğrafiyanın təbii-ərazi komplekslərini öyrənən sahəsi.
Geniş mənada: L. – landşaftın yaranması və inkişafını, dinamikasını, insan fəaliyyətinin təsiri altında dəyişməsini, ondan təsərrüfatda istifadə imkanlarını öyrənən elmdir. L.-ın başlıca vəzifəsi məhz təbii və antropogen (mədəni) landşaftlardan səmərəli istifadə üsullarını, bu landşaftların dəyişdirilməsinin və mühafizəsinin nəzəri əsaslarını işləyib hazırlamaqdan ibarətdir. L.-ın əsas tədqiqat metodu çöl tədqiqatlarıdır.
Coğrafiya terminləri lüğətiEkvatorial, tropik qurşaqlarda qırmızı rəngli torpaqlar.
Onlara “qırmızı torpaqlar” da deyilir. L.T.-ın tərkibində alüminium, dəmir və az miqdarda silisium-oksid olur. Bu torpaqlar platolarda və alçaq təpəliklərdə (Amazon ovalığında, Konqo çayı sahilində, Zond arxipelaqında və s.) daha çox yayılıb, az məhsuldardır və tez gücdən düşür.
Coğrafiya terminləri lüğəti