Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

təbii-ərazi kompleksi

Təbii və coğrafi komponentləri uyğunluq təşkil edən vahid sistem.

Bu sistemin formalaşdığı ərazi səciyyəvi relyefi, torpaq örtüyü, Yer səthinə yaxın atmosfer təbəqəsi, yerüstü və yeraltı suları, canlı orqanizm qrupları ilə seçilir. Tayqa, Böyük Səhra, 150 min km2-dən çox ərazini tutan Pantanal bataqlıqları (Braziliya) T.-Ə.K.-lərinə misal ola bilər. Ayrı-ayrı T.-Ə.K.-ləri, onların komponentləri arasında daim maddələr və enerji mübadiləsi baş verir.

Coğrafiya terminləri lüğəti