1. Çox vaxt ildırım çaxan. □ İldırımlı çöllər.
2. Məcazi mənada: təşbehlərdə parlayan, işıqsaçan, ehtiraslı, iti mənalarında. □ Əsir qızın ildırımlı gecələri andıran qara gözlərində.. həyatının yeni bir məna ilə titrədiyini gördü. (Ə.Məmmədxanlı).
1. Qoşulduğu sözlə bəzən (samitlə qurtaranda) bitişik, bəzən də (saitlə qurtaranda) ayrı yazılaraq vasitə mənasını bildirir. □ Çömçə ilə dəryanı qurutmaq olmaz. (Atalar sözü).
2. Qoşulduğu sözlə bəzən (samitlə qurtaranda) bitişik, bəzən də (saitlə qurtaranda) ayrı yazılaraq hərəkətin müəyyən məkan boyunca icra olunduğunu, davamını bildirir. □ Dağların başı ilə; Dibinin daşı ilə; Yara bir namə yazdım; Gözümün yaşı ilə. (Bayatı).
3. Qoşulduğu sözlə bəzən (samitlə qurtaranda) bitişik, bəzən də (saitlə qurtaranda) ayrı yazılaraq iş və hərəkətin tərzini bildirir. □ Hiylə ilə iş görən, möhnət ilə can verər. (Atalar sözü).
1. Qoşulduğu sözlə bəzən (samitlə qurtaranda) bitişik, bəzən də (saitlə qurtaranda) ayrı yazılaraq birgəlik bildirir. □ Ər ilə arvadın torpağı bir yerdən götürülüb. (Atalar sözü).
2. Qoşulduğu sözlə bəzən (samitlə qurtaranda) bitişik, bəzən də (saitlə qurtaranda) ayrı yazılaraq işin birlikdə görüldüyünü bildirir. □ Mahir ilə Sevda birgə imtahana hazırlaşırdılar.
Həmçinin bax:
1. Paltarın yaxasında, qolunda, cibinin ağzında və b. yerində düyməni və ya qarmağı keçirmək üçün sapdan, qaytandan düzəldilən balaca yarıq və ya halqa; düymə yeri. □ İlgəyi tikmək.
2. Rəsmi paltarın yaxasında rəngli sırma. □ ..əynində boz şineli, şinelin yaxasında, yaşıl rəngli ilgəklərin üstündə qoşa kubiklər vardı. (Ə.Vəliyev).
3. Toxunma şeylərin (xalça, corab, parça və s.-nin) ayrı-ayrı halqaşəkilli düyünləri. □ ..xalçanı açıb diqqətlə hər şəklinə, hər naxışına, hər ilgəyinə bir də baxdı. (Mir Cəlal).