Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ulduz [ulduz] isim

1. Öz təbiəti etibarilə günəşə bənzəyən və gecələr göydə parıldayaraq nöqtə kimi görünən göy cismi. □ Göydə ulduzlar parlayır.
2. Məcazi mənada: hər hansı bir sahədə məşhur, tanınmış şəxs haqqında. □ Elm aləminin məşhur ulduzları. Kino ulduzu (ən məşhur kinoartist). Futbol ulduzu.

3. Dairə üzrə bərabər ucuşiş çıxıntıları olan həndəsi cisim; mərkəzdən çıxan şüaları olan fiqur; həmin fiqur şəklində olan şey. □ Beşguşəli ulduz. Ulduz şəkli çəkmək.

4. Həmin şəkildə olan fərqlənmə nişanı. □ Marşal ulduzu.

5. Təşbehlərdə: parlayan şey haqqında. □ Araz öz adını elə cəsarətlə dedi ki, fəhlələrin gözləri onun ulduz kimi yanan parlaq gözlərinə dikildi. (A.Şaiq).

Həmçinin bax:

frazeologizm: bəxt ulduzu parlamaq frazeologizm: ulduz saydırmaq frazeologizm: ulduzları barışmamaq frazeologizm: ulduzu batmaq frazeologizm: ulduzu bir olmaq frazeologizm: ulduzu doğmaq frazeologizm: ulduzu parlamaq frazeologizm: ulduzu üzünə gülmək coğrafiya: qütb ulduzu coğrafiya: ulduz ili Azərbaycan dilinin izahlı lüğəti