1. Hərəkətin istiqamətinə görə qabağa, qabaq tərəfə. □ Atıldı irəli düşsün, vurdu geri düşdü. (Atalar sözü).
2. Sifət kimi: qabaq, ön. □ İrəli tərəf.
3. İrəliyə şəklində – qabaq tərəfə, qabağa. □ Əsgərlər sıra ilə irəliyə addımladı.
4. Əvvəl, qabaq; tez. □ Hamıdan irəli gəlmək.
5. İrəlilərdə (bəzən irəlilər) şəklində – keçmişdə, qabaqlar, əvvəllər. □ ..İrəlilərdə mən də sənin kimi eşitmişdim. (S.S.Axundov).
6. İrəlini şəklində – gələcəyi, sonranı, qabağı, gələcək zamanı (dövrü, şəraiti və s.-ni). □ İrəlini düşünmək.
7. İrəlidə şəklində – qabaqda, öndə, qarşıda. □ İrəlidə Mərdəkanın işıqları fərq edilirdi. (S.Hüseyn).
8. İrəlidə şəklində – qabaqda, sonra; gələcəkdə, qarşıda. □ İrəlidə Səmədi tamamilə yeni bir həyat, yeni işlər, yeni qayğılar gözləyirdi.
See also: