1. Diplomatiya. Bir dövləti başqa bir dövlətdə təmsil edən diplomatik nümayəndə; səfir.
2. Oğlan və ya onun adamları tərəfindən qız istəmək üçün qız evinə göndərilən şəxs. □ Elçi çox olar, qismət – bir. (Atalar sözü).
3. Müəyyən məqsədlə və ya rəsmi danışıqlar üçün bir yerə göndərilən şəxs; nümayəndə. □ Elçiyə zaval yoxdur. (Atalar sözü).
4. Ümumiyyətlə, nümayəndə mənasında. □ Elçilər və heyət nümayəndələri üçün başqa yerlər təxsis edilmişdi. (M.S.Ordubadi).
5. Məcazi mənada: müjdəçi, xəbər gətirən. □ İlk baharın uğurlu elçiləri olan qaranquş, sığırçın və leylək sürü-sürü dönüb yuvalarını tikəcək. (A.Şaiq).
Həmçinin bax:
1. Fizika. Materiyanın, yüklü hissəciklərdən: elektronlardan, pozitronlardan, protonlardan və s.-dən ibarət forması. □ Elektrik haqqında nəzəriyyə.
2. Xalq təsərrüfatının bütün sahələrində və məişətdə işlədilən enerji növlərindən biri. □ İşlər elektriklə görülür.
3. Bu energiyadan hasil olan işıq. □ Elektrik çəkmək. Elektriki söndürmək.
4. Elektriklə işləyən, elektriklə hərəkətə gətirilən, elektrikdən alınan, hasil edilən. □ Elektrik motoru. Elektrik peçi. Elektrik işığı.
5. Elektrik hasil edən, elektrik verən, elektrik saçan. □ Bayıl elektrik stansiyası.
Həmçinin bax: