Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

su-elektrik stansiyası (SES)

Su axını enerjisini elektrik enerjisinə çevirən qurğu və avadanlıqlar kompleksi.

SES müəyyən su miqdarını toplayan, basqı yaradan hidrotexniki qurğulardan və basqı sayəsində sürətlə hərəkət edən su axınının enerjisini elektrik enerjisinə çevirən hidroturbinlərdən ibarətdir. SES qurğuları tərkibinə ötürücü şəbəkələr, gəmiqaldırıcı, balıqötürücü və s. köməkçi qurğular da daxildir.

Coğrafiya terminləri lüğəti