lat. modulus – kiçik ölçü + lat. electricus – kəhrəba
Müxtəlif funksiyalar yerinə yetirən modullardan ibarət, əsasən, təbii qazla işləyən yığcam, müasir tipli istilik-elektrik stansiyaları.
M.E.S. konkret ərazinin enerjiyə olan tələbatını ödəməyə, istehsal xərclərini aşağı salmağa, həmçinin asanlıqla alternativ enerji mənbələrindən istifadə üsuluna keçməyə imkan verir. Azərbaycanda bir sıra iqtisadi-coğrafi rayonlarda (Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara, Naxçıvan, Abşeron) M.E.S. fəaliyyət göstərir.
Coğrafiya terminləri lüğəti