1. Cod olmaq, zərifliyini, incəliyini itirmək; kobudlaşmaq, qabalaşmaq, sərtləşmək. □ Tükləri codlaşmaq.
2. Məcazi mənada: cod olmaq, zərifliyini, incəliyini itirmək; kobudlaşmaq, qabalaşmaq, sərtləşmək. □ Dilavərin səsi codlaşdı. (V.Şıxlı).
Coğrafiya. Coğrafiyaya aid, coğrafiya ilə bağlı; hər hansı bir yerin təbii şəraiti, quruluşu və ya vəziyyəti baxımından qiymətləndirilən, baxılan, nəzərdə tutulan. □ Coğrafi kəşflər. Coğrafi xəritə. Coğrafi landşaft.
Həmçinin bax:
Coğrafiya. Bir-biri ilə sıx əlaqədə olan, Yerin coğrafi örtüyünü, onun strukturunu, komponentlərini öyrənən təbiət elmlərinin və ictimai elmlərin cəmi.
Həmçinin bax: