Hər hansı coğrafi məntəqənin Yer səthində tutduğu mövqe, onun ətraf ərazi və obyektlərə nisbətən vəziyyəti.
C.M. dedikdə riyazi coğrafiyada verilmiş məntəqənin coğrafi enliyi və uzunluğu, fiziki coğrafiyada isə onun fiziki-coğrafi obyektlərə (materik, dağ, okean, dəniz, göl və s.) nisbətən vəziyyəti başa düşülür. Siyasi və iqtisadi coğrafiyada C.M. ölkə, bölgə, yaşayış məntəqələri və s. obyektlərin digər ölkə, ölkə qrupları, iqtisadi-coğrafi (rabitə yolları, bazarlar və s.) obyektlərə nisbətən vəziyyəti ilə xarakterizə edilir. C.M. istənilən ərazi, yaxud yaşayış məntəqəsinin əsas inkişaf şərtlərindən biridir; məsələn, Azərbaycanın tarixən Böyük İpək yolunun üstündə, Qərblə Şərqin qovşağında, enerji mənbələri ilə zəngin dəniz sahilində yerləşməsi onun C.M.-yinin əlverişliliyini təmin edən cəhətlərdir.
Coğrafiya terminləri lüğəti