1. Alış-veriş yeri. □ Bazara getmək. Bazardan meyvə almaq. Ağıl bazarda satılmaz. (Atalar sözü).
2. Açıq yerdə, yaxud bina içərisində düzəldilən böyük mövsüm ticarəti. □ Kitab bazarı. Bayramqabağı bazar.
3. İqtisadiyyat. Əmtəə dövriyyəsi sahəsi, zonası. □ Daxili bazar. Xarici bazar. Dünya bazarı.
4. Alver, alış-veriş, alqı-satqı. □ Bu gün bazar yoxdur.
5. Məcazi mənada: səs-küy, qalmaqal olan yer haqqında. □ Buranı lap bazara döndəribsiniz.
6. Arxaizm. Quzuçu və buzovçuların həftədə bir dəfə bazar günləri məhsul şəklində aldıqları muzd.
Həftənin şənbədən sonra gələn günü; yekşənbə. □ Bazar günü. Gələn bazar sizə gələcəyəm.
Həmçinin bax:
1. Qiymətin müəyyənləşdirilməsi ilə bağlı iki tərəfli danışıq. □ Balıq suda ikən bazarlıq olmaz. (Atalar sözü).
2. Bazardan alınmış şeylər. □ Bir səbət bazarlıq etmək.
3. Ərə gedən qız üçün paltar. □ Çox mübarək, çox mübarək, ölmədik, oğlumuzun toyunu gördük, – deyə Kəblə Xeyransa bazarlığı kişinin əlindən alıb sahmanlayır. (H.Sarabski).
4. Sifət kimi: bazarda satmaq üçün hazırlanan.
Dialekt. Xışın, cütün ulamadan kötüyə qədər olan hissəsi; qol.
Dialekt. İki zəmi, tarla arasında mərz; dikdir.
Halqa, dairə. □ Üzük bazısı.
Oyun, kələk, hiylə, biclik. □ Bazı gəlmək.
Çöl, quru düzənlik, səhra.
Azərbaycan dilinin izahlı lüğəti