Bazar qanunlarına, həmçinin azad sahibkarlığa, təsərrüfat subyektləri arasında razılaşmaya, şəxsi mülkiyyət və əmtəə-pul münasibətlərinə əsaslanan iqtisadiyyat.
B.İ.-nda iqtisadi qərarların böyük hissəsi bazardan alınan informasiya əsasında qəbul edilir. Bununla da o, qərarların mərkəzləşdirilmiş şəkildə qəbul olunduğu planlı iqtisadiyyatdan fərqlənir. B.İ. qiymətlər və gəlirlər vasitəsilə daha sürətli iqtisadi inkişafa yol açır. Lakin həddən artıq təmərküzləşmə, maliyyə sistemində çatışmazlıqlar və sosial ədalətin həmişə gözlənilməməsi bəzən bu iqtisadiyyatda da böhran yaradır. Ona görə də əksər ölkələrdə B.İ. ilə dövlət planlaşdırmasının elementlərini uzlaşdırmağa çalışırlar.
Coğrafiya terminləri lüğəti