lat. medium – ara, vasitəçi
1. Bir və ya bir neçə kütləvi informasiya vasitəsinin müəyyən ərazidə böyük üstünlük qazanaraq orada media bazarını nəzarətə götürməsi nəticəsində yaranan şərait.
M.B.İ. digər iqtisadiyyat sahələrindən fərqli olaraq, adətən, qiymət artımı ilə nəticələnmir, amma ideoloji diktatın qurulması və əhalinin informasiya təhlükəsizliyi baxımından yeni risklərə yol açır.
2. Müxtəlif kütləvi informasiya vasitələrinə sahibliyin bir əldə cəmləşdirilməsi.
Bir çox ölkələrin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyində bunun qarşısını almaq üçün antiinhisar tədbirləri nəzərdə tutulub. Amma media sahibkarlığında tam şəffaflığın və KİV-in gizli maliyyələşdirilməsinin qarşısını almaq çətin olduğu üçün həmin tədbirlər bəzən səmərə vermir.
Jurnalistika terminləri lüğəti