fars. – yeni üsul
XIX əsrin sonundan etibarən Azərbaycanın, habelə Rusiya imperiyasının digər müsəlman bölgələrinin məktəb və mədrəsələrində tətbiq edilən yeni tədris üsulu, mütərəqqi pedaqoji cərəyan.
Cədidizm hərəkatının təhsil sahəsində təzahür forması olan Ü-C. məktəblərində dərslər ana dilində keçilib, əlifbanın təlimi fərqli formada aparılıb, dünyəvi fənlər geniş tədris edilib. Bu isə həmin dövrdə əzbərçiliyin hökm sürdüyü ənənəvi müsəlman tədris sistemi ilə müqayisədə böyük yenilik olub.
Tarix terminləri lüğətiing. Gross Domestic Product
İl ərzində ölkə ərazisində iqtisadiyyatın bütün sahələrində istehsal olunmuş mal və xidmətlərin məcmu bazar qiyməti.
ÜDM (qısaldılmış forması ÜDM) istehsalın nəticələrini, iqtisadi inkişafın səviyyəsini və iqtisadi artım tempini səciyyələndirir. Bu termin ilk dəfə 1934-cü ildə Amerika iqtisadçısı S.Kuznes (1901–1985) tərəfindən təklif olunub.
Tarix terminləri lüğətiLondon yaxınlığındakı Qrinviç rəsədxanasının köhnə binasının yerləşdiyi ərazidən keçən başlanğıc (sıfır) meridianının orta Günəş vaxtı.
Ü.V. gecəyarıdan hesablanır və fəsillər üzrə saat əqrəblərinin irəli, yaxud geri çəkilməsi nəzərə alınmadan Bakı vaxtından 4 saat fərqlənir.
Tarix terminləri lüğətiər. – ziyarət
Həcc vaxtından kənar müsəlmanların Kəbəni ziyarət etməsi.
Ona “kiçik həcc” də deyirlər. Yalnız ilin müəyyən dövründə – hicri təqvimi ilə zilhiccə ayının 8–12-də həyata keçirilən həccdən fərqli olaraq müsəlmanlar Ü. ziyarətinə ilboyu istənilən vaxt gedə bilərlər.
Tarix terminləri lüğətiər. alim sözünün cəm forması – hərfi mənası: çox bilikli insanlar, hər şeyi bilənlər
İslamda ilahiyyat biliciləri və hüquqçularının ümumiləşdirilmiş adı.
Orta əsrlərdə müsəlman qurumlarına, dini tədris müəssisələrinə, hüquq və məhkəmə sisteminə rəhbərlik Ü.-nın əlində olub. Vəqflərdən gələn gəlirlərin idarəçiliyi də Ü.-ya tapşırılıb. Hazırda Yaxın və Orta Şərqin müsəlman ölkələrinin əksəriyyətində Ü. böyük nüfuz sahibi olaraq qalır.
Tarix terminləri lüğətiHər bəndi üç misradan ibarət olan şeir şəkli.
Ü. şəklində yazılan klassik şeir janrları yapon xokkusu, italyan tersinasıdır. Ədəbiyyatımızda müxtəlif qafiyə quruluşuna malik Ü.-lər mövcuddur. M.Müşfiqin “And olsun” şeiri a.a.b, c.c.b, d.d.b, ... şəklində qafiyələnib:
Şairləri qanadında bəsləyən, (a)
İnsanların həyatını süsləyən (a)
İncə ruhlu mələklərə and olsun! (b)
***
Boynundakı dalğa-dalğa tellərə, (c)
Qaşlarının altındakı sellərə, (c)
Qəlbindəki istəklərə and olsun! (b)
***
...Gəncliyimə qanad verən, ruh verən, (d)
Hər dəqiqə ayrı cilvə göstərən (d)
Əlirişməz diləklərə and olsun! (b)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTəhsili olmayan, oxumağı və yazmağı bacarmayan söz ustası.
Ü.-lər oxu və yazı savadından məhrum olsalar da, bədii zövqləri və söz sənətinin incəliklərinə bələd olmaları onlarda ilahi bir istedadın göstəricisi kimi qəbul edilirdi. İstedadlı şairlər üçün ümmilik qüsur sayılmırdı. Məsələn, Yunus Əmrə Ü. sayılırdı.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. fiqura – оbraz, şəkil
Nitqin ifadəliliyini və ekspressivliyini artırmaq üçün işlədilən bədii-linqvistik üsul.
Ü.F. nitqə yeni informasiya gətirmir, yalnız nitq quruluşuna təsir göstərməklə onun bədiiliyini və emosionallığını artırır. Bəzən məcaz və onun növləri Ü.F.-un tərkibinə daxil edilir, digər mənbələrdə isə onlar kəskin fərqləndirilir. Məcazı fərqləndirən əsas cəhət sözün kontekstdə məcazi məna kəsb etməsidir. Bununla belə, etiraf etmək lazımdır ki, məcaz Ü.F. anlayışının ehtiva etdiyi meyarları (nitqin bədiiliyinin və ekspressivliyinin qüvvətləndirilməsi) özündə əks etdirir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti