ər. – hərfi mənası: saxlama, tutma
Geniş anlamda: müsəlmanlar tərəfindən fəth olunan və xərac alınan bütün torpaqların məcmusu; məhdud mənada: dini məqsədlə, yaxud xeyriyyə üçün dövlətin, habelə ayrı-ayrı şəxslərin könüllü olaraq, qeyd-şərtsiz bağışladıqları daşınar və daşınmaz əmlak.
V. xilafət dövründə VII–VIII əsrlərdə yaranıb, orta əsrlərdə isə müsəlman ölkələrində geniş yayılaraq din xadimlərinin nüfuzunun iqtisadi əsasını təşkil edib. V.-lərdən əldə edilən gəlir onların əvvəlki sahiblərinin arzusuna uyğun olaraq məscid, mədrəsə, müalicə müəssisələrinin ehtiyaclarına və s.-yə xərclənib. V. torpaqlarını satmaq və bağışlamaq yasaq olunub. V.-i yalnız icarəyə vermək mümkün olub, onu xüsusi şəxs – mütəvəlli idarə edib. Azərbaycanda VII əsrdən XX əsrin əvvəllərinədək mövcud olan V. bir sıra müsəlman ölkələrində (məs.: Səudiyyə Ərəbistanında) indi də qalır.
Tarix terminləri lüğəti