mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ərəb. Əli adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasında olan Ağaəli (bax: ad – AĞA; ƏLİ) kişi adı Həzrət Əlinin adı ilə əlaqədar olub, hörmət sahibi, nüfuz sahibi Əli anlamlarını ifadə edir. Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Ağaəli adı bu gün Ağəli formasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ami sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Ağaəmi adı bu gün Ağəmi formasındadır. Ağəmi (bax: ad – AĞA; ƏMİ) kişi adı Azərbaycan antroponimikasında müraciət bildirən sözlərdən yaranmış şəxs adları sırasındadır. Məlum olduğu kimi, Azərbaycanın bəzi bölgələrində qədim zamanlardan bu günə qədər ailədə böyük əmiyə hörmət mənasında Ağaəmi (Ağəmi) kimi müraciət edilmişdir və bu ənənə hələ də yaşayır. Sonradan şəxs adı deyə formalaşmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və kiçi sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Ağakişi (bax: ad – AĞA; KİŞİ) kişi adı hörmətli şəxs, əsl insan anlamına gəlir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Ağakişi bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və Qardaç sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Ağaqardaş (bax: ad – AĞA; QARDAŞ) kişi adı bu gün də bəzi bölgələrdə kiçik qardaşların, bacıların, gəlinlərin hörmət əlaməti olaraq böyük qardaşa müraciət formasından yaranmış- dır. Sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və Qulu adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Ağaqulu (bax: ad – AĞA; QULU) kişi adı yüksək nüfuz sahibinin, mənsəb sahibinin qulu anlamına gəlir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Ağaqulu bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti