mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ərəb. Əli adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasında olan Ağaəli (bax: ad – AĞA; ƏLİ) kişi adı Həzrət Əlinin adı ilə əlaqədar olub, hörmət sahibi, nüfuz sahibi Əli anlamlarını ifadə edir. Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Ağaəli adı bu gün Ağəli formasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti