Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AĞAƏMİ azərb.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ami sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Ağaəmi adı bu gün Ağəmi formasındadır. Ağəmi (bax: ad – AĞA; ƏMİ) kişi adı Azərbaycan antroponimikasında müraciət bildirən sözlərdən yaranmış şəxs adları sırasındadır. Məlum olduğu kimi, Azərbaycanın bəzi bölgələrində qədim zamanlardan bu günə qədər ailədə böyük əmiyə hörmət mənasında Ağaəmi (Ağəmi) kimi müraciət edilmişdir və bu ənənə hələ də yaşayır. Sonradan şəxs adı deyə formalaşmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti