Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HƏSƏNAĞA ərəb.

mürəkkəb adların tərkibində işlənən Hasan adı və azərb. arxaikləşmiş ağa titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Həsənağa (bax: ad – HƏSƏN; AĞA) kişi adı Həsən ağa anlamındadır. Məişətimizdə geniş yayılmış şəxs adlarındandır. XX əsrin ortalarında İ.Səfərlinin çox sevilən, humanizm aşılayan səhnə əsərlərindən olan “Göz həkimi” tamaşasındakı surətlərdən biri şofer Həsənağa çox sevilmişdi. Adın geniş yayılmasında əsərin də özünəməxsus rolu olmuşdu. O dövrə qədər, əsasən, Abşeronətrafı kəndlərdə məşhur olan Həsənağa kişi adı xalq arasında surətə olan münasibətin nəticəsi olaraq bir qədər də populyarlıq qazanmışdı.

Azərbaycan şəxs adlarının izahlı lüğəti