halim (əslində halim) sözündəndir.
Azərbaycan dilində uzun müddət işlənən bir çox alınma sözlər kimi, dilimizin əsas fonetik qanununa uyğun dəyişilmiş sözlərdəndir. İslam dinində Allahın məlum 99 adından biri də əl-Halim olub, uca Tanrı qadir olduğu qədər də yumşaqlıq sahibidir, mülayimdir anlamındadır. Həlim sözü müasir Azərbaycan dilində başqa mənalarda işlənsə də, şəxs adı olaraq xasiyyətcə, təbiətcə yumşaq olan (adam) mənasındadır. Türk antroponimik vahidlər sistemində mövcud Həlim (bir sıra türk xalqlarının məişətində Halim kimi işlənməkdədir) adı məişətimizdə köhnəlmiş şəxs adları sırasında olsa da, addan ənənəvi yolla düzəlmiş Həlimə (bax: ad – HƏLİMƏ) qadın adına kifayət qədər təsadüf edilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətihamdam sözündən olub, müasir Azərbaycan dilində yaxın yoldaş, ürək dostu, yaxın dost, sirdaş, dərdə şərik mənalarındadır.
Klassik poeziyada çoxişlənən ifadələrdəndir. Məişətimizdə ürək dostu mənasında olan Həmdəm kişi adının daşıyıcıları, əsasən, yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətihamd sözündəndir. Azərbaycan dilində öymək, tərifləmək, duaya, sitayişə aid, şükür, mədh, mədh etmək və buna yaxın mənaları ifadə edir.
Lüğətlərdə Həmdi, yəni tərif edilən anlamında olan Həmdi kişi adının həm də Həmid (bax: ad – HƏ- MİD), Həmidağa (bax: ad – HƏMİDAĞA), Həmdulla (bax: ad – HƏMDULLA) kimi şəxs adlaının əzizləmə və oxşama məzmunlu qısaldılmış biçimi olması kimi izahına da rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətihamd və Üllah sözlərinin birləşməsindən yaranmış şəxs adıdır. Əslində Həmidullah (bax: ad – HƏMİD; ÜLLAH) olan kişi ad həmd olsun Allaha, yəni Allaha şükür, var olsun Tanrı, Allaha minnətdarlıq, təşəkkür anlamlarını ifadə edir.
Adın təhrif olunmuş formaları Həmidulla, Həmdulla da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə Həmidullah adı yalnız Həmdulla şəklindədir. Həmdulla antroponimi XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmış şəxs adlarından olmuşdur. Bu gün, əsasən, soyadlarda yaşayan kişi adları sırasındadır. Adın daşıyıcılarından Həmdulla Əfəndi Əfəndizadə Azərbaycan Milli İstiqlal hərəkatının fəal iştirakçılarından biri olmuşdur. Tarixdə Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, sovet dönəmində Quba üsyanının başçısı kimi qalmış vətənpərvər şəxsiyyətlərdəndir.
Azərbaycan şəxs adlarının izahlı lüğətihamza sözündəndir. Azərbaycan dilində batırma, sancma, dürtmə, həmçinin isti, yandırıcı, qaynar, çılğın mənalarındadır.
Ərəb dili ilə bağlı mənbələrdə həmzə ərəb əlibasında boğazbağlı samit tələffüzünü göstərən işarə kimi izah edilmişdir. Ayn və hamza səslərinin interferensiyası, daxilində ayn və həmzə səsləri olan ərəb sözlərinin yazılış qaydası olaraq göstərilir. Hələ orta əsr ərəb dilçiləri ərəb dilinin özündə həmzə səsinin söz ortasında və söz qovuşuğunda itməsini göstərirdilər. Qeyd etmək lazımdır ki, İslam tarixində Həmzə (Məhəmməd Peyğəmbərin doğma əmisi olmuşdur) İslam dinini qəbul edən ilk ərəbin adıdır. Rəvayətə görə, əmisi qardaşı oğlu Məhəmmədə tərəf duraraq İslamı qəbul edən ilk şəxs olmuşdur. XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmış Həmzə şəxs adı bu gün müşahidəediləcək dərəcədə azalmışdır. Adın daşıyıcıları arasında sufi şairlərdən olan Mir Həmzə Nigari (1795-1886) N.Gəncəvi, İ.Nəsimi, Y.Şirvani, M.Füzuli, Yunus İmrə kimi şeirlərində təsəvvüfi mövzulara müraciət etmişdir. XIX əsrdən sonra Azərbaycanda həm əruzla, həm xalq şeiri şəkilləri ilə heca vəznində sufi şeirləri yazan divan sahibidir. Yaradıcılığında Allah, peyğəmbər və əhli-beyt eşqi və məhəbbəti əsas yer tutur. O, əsərlərində “vətən sevgisi imandandır” deyə Azərbaycana və Qarabağa məhəbbətini etiraf etmişdir. Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda Həmzə kişi adının azalması, çox ehtimal ki, xalqımızın çox sevdiyi “Koroğlu” dastanında qəhrəmanın səmimiyyətindən istifadə edərək onun atını qaçıran Keçəl Həmzəyə formalaşmış mənfi münasibətin nəticəsidir. Artıq neçə əsrdir ki, “Koroğlu” dastanındakı qəhrəmanı aldada bilən, kələkbaz surətin adının da Həmzə olması ilə əlaqədar bu ad hiylə, yalançılıq, fitnə rəmzinə çevrilmişdir. Çünki Həmzəyev soyadının Azərbaycanda geniş yayılmış soyadlardan olması yaxın keçmişdə Həmzə adının məişətimizdə geniş yayılmasına dəlalət edir. Azərbaycan ərazisində Həmzə antroponimi ilə əlaqədar yer adları da mövcuddur. Zaqatala bölgəsində Həmzəqor dağı, Qəbələ bölgəsində Həmzəli həm çay, həm də kənd adıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Hamza və Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan şəxs adları sistemində dini məzmunlu antroponimlər sırasında olan Həmzəəli (bax: ad – HƏMZƏ; ƏLİ) kişi adı çılğın Əli anlamındadır. Adın təhrif olunmuş forması Həmzəli də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad yalnız Həmzəli şəklində mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətihanafi sözündəndir.
Məlum olduğu kimi, İslam dinində Hənəfi sünnilərin Əbu Hənəfi məzhəbinə – əhali baxımından ən genişi hesab edilən təriqətinə mənsub olanlara deyilir. Hənəfi məzhəbi əsl adı Numan ibn Sabit (699-767) olan tanınmış İslam alimi Şeyxülislam İmam-Əzəm Əbu Hənifənin fikirləri əsasında formalaşmışdır. Hənəfi XX əsrin ortalarından məişətimizdə dəbdən düşmüş şəxs adlarındandır. Adın daşıyıcılarından Hənəfi Zeynallı (1895-1937) XX əsrin əvvəllərində Salman Mümtaz, M.Mahmudbəyov, F.Köçərli və digər ziyalılarımız kimi, Azərbaycan şifahi xalq ədəbiyyatının ilk tədqiqatçılarından olmuşdur. O, 1927-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra ədəbiyyatımızın bir sıra məsələlərinə aid geniş ədəbi-publisistik yazıların müəllifi, tanınmış ədəbiyyatşünas olmaqla yanaşı, Azərbaycan Pedaqoji İnstitutunda müəllim kimi çalışmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətihanifa sözündən olub, dilimizdə həqiqi, əsl, xalis, təmiz, Allahın birliyinə inanma, Tanrının yeganə olduğuna inam mənasını ifadə edir.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Hənifə antroponimi bu gün daha çox qadın adı (bax: ad – HƏNİFƏ) kimi işlənir. Mənbələrdə Balakən bölgəsində mövcud Hənəfi kəndinin də Hənəfi şəxs adı (kəndin ilk sakinlərindən olduğu ehtimal edilir) ilə əlaqələndirilməsi ilə bağlı məlumatlara rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətihasan sözündən olub, dilimizdə gözəl, göyçək, yaxşı mənasındadır.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasında olan Həsən ibn Əli ibn Əbu Talib Məhəmməd Peyğəmbərin nəvəsinin, Həzrət Əlinin böyük oğl- unun, şiələrin ikinci imamının adındandır. Keçən əsrdə olduğu kimi, bu gün də məişətimizdə geniş yayılmış kişi adları sırasındadır. İslam tarixçiləri və alimləri məzlumların köməkçisi kimi ad çıxaran Həzrət Həsənin şərəfli həyatı haqqında müəyyən məsələləri qeyd etmişlər ki, bu da heç bir rəhbərin həyatında gözə dəymir. Həsən bütün qüdrətini yaxşı və Allaha xoş gələn yollara sərf edər, Tanrı yolunda çoxlu miqdarda pul bəxşiş edərmiş. İmamın bu hərəkəti həzrətin əliaçıqlığından əlavə onun dünyanın aldadıcı naz-nemətinə etinasızlığını da göstərir. Tarixdən məlum olan bu məlumatlar Şərqdə, türk dünyasında Həsən antroponiminə rəğbət yaratmışdır. Bir məsələni də qeyd etmək lazımdır ki, Həsən çox zaman türk mənşəli Əsən (bax: ad – ƏSƏN) şəxs adı ilə eyniləşdirilir. Əslində bu, XII əsrdə Qarabağın dağlıq hissəsində Xaçın hakiminin-Həsən Cəlalın adının yanlış olaraq rus dilinə Qasan, Xasan, sonradan da rus dilindən Azərbaycan dilinə tərcümədə səhvən Həsən kimi yazılması nəticəsində baş vermişdir. Halbuki tarixçilərin iddiasına görə,İslamın qatı əleyhdarı olan albanlarda Həsən adı ola bilməzdi. Həsənov, Həsənli, Həzənzadə soyadları da Azərbaycanda çox yayılmış soyadlar sırasındadır. Azərbaycan antroponimikasında Həsən kişi adı ilə yanaşı, tərkibində adın iştirak etdiyi kifayət qədər mürəkkəb şəxs adları mövcuddur. Həsən adı ilə əlaqədar Azərbaycan ərazisində kifayət qədər toponim də məlumdur. Məsələn, Həsənqaya, Həsənqoca, Həsənlər və b. Adın məşhur daşıyıcılarından XIX əsrdə ölkəmizdə maarifçilik ideyalarının başçısı, ziyalı, görkəmli təbiətşünas alim, Həsən bəy Zərdabi (1842-1907) çox böyük çətinliklərə baxmayaraq, əzmi, iradəsi sayəsində 1875-ci il iyun ayının 22-də Azərbaycanın ilk milli qəzeti “Əkinçi”nin ilk sayını nəşr etdirmişdir. Rusiya imperiyasında yaşayan bütün türk-müsəlman əhalisinin ilk mətbuat orqanı olan, mədəniyyətimizin və ədəbiyyatımızın inkişafına böyük təsir göstərən qəzetin nəşrə başlaması ilə ölkənin mədəni-siyasi həyatında mühüm canlanma yaranmış, demokratik ideyalar daha sürətlə yayılmağa başlamışdı.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Hasan adı və azərb. arxaikləşmiş ağa titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Həsənağa (bax: ad – HƏSƏN; AĞA) kişi adı Həsən ağa anlamındadır. Məişətimizdə geniş yayılmış şəxs adlarındandır. XX əsrin ortalarında İ.Səfərlinin çox sevilən, humanizm aşılayan səhnə əsərlərindən olan “Göz həkimi” tamaşasındakı surətlərdən biri şofer Həsənağa çox sevilmişdi. Adın geniş yayılmasında əsərin də özünəməxsus rolu olmuşdu. O dövrə qədər, əsasən, Abşeronətrafı kəndlərdə məşhur olan Həsənağa kişi adı xalq arasında surətə olan münasibətin nəticəsi olaraq bir qədər də populyarlıq qazanmışdı.
Azərbaycan şəxs adlarının izahlı lüğəti