hamd və Üllah sözlərinin birləşməsindən yaranmış şəxs adıdır. Əslində Həmidullah (bax: ad – HƏMİD; ÜLLAH) olan kişi ad həmd olsun Allaha, yəni Allaha şükür, var olsun Tanrı, Allaha minnətdarlıq, təşəkkür anlamlarını ifadə edir.
Adın təhrif olunmuş formaları Həmidulla, Həmdulla da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə Həmidullah adı yalnız Həmdulla şəklindədir. Həmdulla antroponimi XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmış şəxs adlarından olmuşdur. Bu gün, əsasən, soyadlarda yaşayan kişi adları sırasındadır. Adın daşıyıcılarından Həmdulla Əfəndi Əfəndizadə Azərbaycan Milli İstiqlal hərəkatının fəal iştirakçılarından biri olmuşdur. Tarixdə Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, sovet dönəmində Quba üsyanının başçısı kimi qalmış vətənpərvər şəxsiyyətlərdəndir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti