haqq sözündəndir. İnsanlıqla bağlı, insafla əlaqədar, insafı olan, doğruluq və insaf sahibi olan (Allah) anlamlarını ifadə edir.
Həqqi İslam dinində Allahın məlum 99 adından olan əl- Həqlə əlaqədardır. Əl-Həqq Haqqın özü uca Tanrıdır mənasını ifadə edir. Həqqi şəxs adı müvafiq olaraq Allah adamı, haqq adamı (tərəfdarı) mənasını ifadə edir. Adın təhrif olunmuş forması Haqqı da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Müasir Azərbaycan dilində haqq/haqqı ümumişlək sözlərdəndir. Haqqı həm də müqəddəs hesab edilən varlıqların adına and içən zaman işlədilən sözlərdəndir. Məsələn, Tanrı haqqı, Allah haqqı, canım haqqı, “Quran“ haqqı, atamın goru haqqı və s. ümumişlək ifadələr dilimizdə kifayət qədərdir. Bu gün Azərbaycanda populyarlığını itirən Həqqi/Haqqı kişi adı ərəb dünyasında olduğu kimi, Şərqdə, Türkiyədə, eləcə də türk xalqları arasında geniş yayılmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti