hanifa sözündən olub, dilimizdə həqiqi, əsl, xalis, təmiz, Allahın birliyinə inanma, Tanrının yeganə olduğuna inam mənasını ifadə edir.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Hənifə antroponimi bu gün daha çox qadın adı (bax: ad – HƏNİFƏ) kimi işlənir. Mənbələrdə Balakən bölgəsində mövcud Hənəfi kəndinin də Hənəfi şəxs adı (kəndin ilk sakinlərindən olduğu ehtimal edilir) ilə əlaqələndirilməsi ilə bağlı məlumatlara rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti