Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HƏLİM ərəb.

halim (əslində halim) sözündəndir.

Azərbaycan dilində uzun müddət işlənən bir çox alınma sözlər kimi, dilimizin əsas fonetik qanununa uyğun dəyişilmiş sözlərdəndir. İslam dinində Allahın məlum 99 adından biri də əl-Halim olub, uca Tanrı qadir olduğu qədər də yumşaqlıq sahibidir, mülayimdir anlamındadır. Həlim sözü müasir Azərbaycan dilində başqa mənalarda işlənsə də, şəxs adı olaraq xasiyyətcə, təbiətcə yumşaq olan (adam) mənasındadır. Türk antroponimik vahidlər sistemində mövcud Həlim (bir sıra türk xalqlarının məişətində Halim kimi işlənməkdədir) adı məişətimizdə köhnəlmiş şəxs adları sırasında olsa da, addan ənənəvi yolla düzəlmiş Həlimə (bax: ad – HƏLİMƏ) qadın adına kifayət qədər təsadüf edilir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti