Hər hansı bölgə əhalisinin əsas xüsusiyyətlərini özündə cəmləşdirən obrazın yer aldığı kiçikhəcmli komik əsər, məhəlli lətifə.
El arasında bəzəməlәrә “doqqaz söhbәtlәri”, “keçәlin fәndlәri”, “gülməcə”, “məzəm”, “dodaqqaçdı” da deyirlәr. Bəzəmələr müəyyən ərazidə yaşayan insanların hazırcavablığı, gülməli hərəkətləri, qeyri-adi davranışları ilə bağlı əhvalatlardır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHər hansı bir şəxsin tərcümeyi-halını yazan müəllif.
Bioqraf haqqında yazdığı şəxsin həyatını bütövlükdə və ya onun hər hansı dövrünü əks etdirə bilər. Bu zaman həmin şəxs haqqında şahidi olduğu xatirələr, eşitdiyi məlumatlar, apardığı araşdırmalar əsas mənbə olur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHər hansı şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən bədii, publisistik və ya tarixi əsər.
İlk tarixi-bioqrafik əsərləri qədim yunan alimi Plutarx yaradıb. Ədəbiyyat tarixində bioqrafik əsərin ən gözəl nümunələrini fransız yazıçısı Andre Morua yaratmışdır: “Olimpio və ya Viktor Hüqonun həyatı”, “Jorj Sand”, “Prometey və ya Balzakın həyatı” və s.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözdəyişdirici şəkilçi qəbul etmədən düzələn təyini söz birləşməsi.
Birinci növ təyini söz birləşməsinin asılı tərəfi atributiv (təyinedici) sözlə: sifət, feili sifət, atributivləşmiş isim, işarə əvəzliyi və ya sayla, ikinci tərəfi isimlə və ya isimləşmiş sözlərlə ifadə olunur; məs.: ağıllı uşaq, görünməmiş hadisə, beşinci sıra, gümüş bilərzik, iki kitab, həmin hadisə və s.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏsas vəzifəsi bərabərhüquqlu sintaktik vahidləri birləşdirməkdən ibarət olan tabesizlik bağlayıcıları: və, ilə (la2).
Birləşdirmə bağlayıcıları həmcins üzvlər və tabesiz mürəkkəb cümləni təşkil edən sadə cümlələr arasında işlənilir; məs.: Doğru ilə yalan bir araya sığmaz. Dostum məktəbdən çıxdı və biz bir yerdə evə yollandıq.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAhəng qanununa tabe olmayan leksik şəkilçilər.
Azərbaycan dilində bu şəkilçilər, əsasən, fars və ərəb dillərindən alınmışdır; məs.: -iyyət, -iyyat, -stan, -iyyə, -xana, -bi, -na, -keş, -dar, -şünas, -kar və s. Lakin son dövrdə Avropa dillərindən də şəkilçilər dilimizə daxil olur; məs.: -dis (diskvalifikasiya), -anti (antibiotik), -izm (sosializm) və s. Bir cür yazılan şəkilçilərin bəziləri sözün sonuna, digərləri isə əvvəlinə artırılır: istiqlaliyyət, xəzinədar, bivəfa, naxələf, anormal. Birvariantlı şəkilçilərin əksəriyyəti alınma olsa da, -şın, -sov şəkilçiləri millidir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözlə şəkilçi arasına əlavə edilən y, n, s samitləri; məs.: işlə-y-əcək, su-y-u, gəmi-n-in və s.
Bu samitlər, əsasən, saitlə bitən sözlə saitlə başlanan şəkilçi arasına əlavə edilir. Sonu saitlə bitən isimlər hallandıqda y və n samitlərindən (ana-y-a, bala-n-ı), mənsubiyyətə görə dəyişdikdə isə s bitişdiricisindən (ana-s-ı, bala-s-ı) istifadə olunur. Bəzən elə hallar olur ki, bitişdirici samitlər saitlə samiti də bir-birinə bağlaya bilir: o-n-lar, bu-n-dan, qısqanclığı-n-dan, çəmənlikdəki-n-dən. Sözlərin sonunda k-y əvəzlənməsini bitişdirici samitlə qarışdırmaq olmaz. Məsələn, külək sözü saitlə başlayan şəkilçi qəbul etdikdə sondakı k samiti y samitinə çevrilir: küləy-in, gəl-məy-in. Bu sözlərdə y bitişdirici samit yox, birincidə kökün, ikincidə isə şəkilçinin samitidir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHəcmcə böyük dastanın bitkin süjetə malik bir hissəsi.
“Kitabi-Dədə Qorqud” dastanını təşkil edən hissələr boy adlanır: “Bəkil oğlu İmranın boyu”, “Qazan xanın evinin yağmalandığı boy” və s. Bu termin Azərbaycan və digər türk xalqlarının şifahi ədəbiyyatında “dastan” termininin qarşılığı kimi də işlənir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMürəkkəb cümlənin tərkib hissələri, eləcə də həmcins üzvlər arasında əlaqə yaratmağa xidmət edən tabesizlik bağlayıcıları.
Bölüşdürmə bağlayıcıları hərəkət və hadisələrin növbə ilə bir-birini əvəz etməsini, yaxud iki və daha artıq işdən birinin mümkünlüyünü ifadə edir. Bölüşdürmə bağlayıcıları bunlardır: ya, ya da, və ya da, ya da ki, və ya, və ya da ki, yaxud, yaxud da ki, gah, gah da, gah da ki, istər, istərsə də və s.; məs.: İstər sadə işçilər, istərsə də məmurlar bu qərardan razı qaldılar. Ya sifarişi vaxtında yerinə yetirməliyik, ya da bizi cərimə edəcəklər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTabesiz mürəkkəb cümlənin tərkib hissələri, eləcə də həmcins üzvlər arasında hadisələrin növbələşməsini və ya iki və daha artıq işdən birinin mümkünlüyünü göstərən əlaqə.
Tərkib hissələri yalnız bölüşdürmə bağlayıcıları vasitəsilə əlaqələnir, yəni bağlayıcısız düzəlmir; məs.: Ya Vətən torpağı tam azad olacaq, ya da biz hamımız bu yolda şəhid olacağıq. Gah yağış yağırdı, gah da güclü külək əsirdi. “Ya”, “ya da” bağlayıcılarının işləndiyi cümlələrdə iki işdən birinin mümkünlüyü ifadə olunur. “Gah”, “gah da” bağlayıcıları vasitəsilə əlaqələnən cümlələrdə isə baş verən hadisələr növbəli şəkildə əvəz edilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTabeli mürəkkəb cümlənin tərkibində baş cümləyə qrammatik cəhətdən tabe olan, ondan asılı olan hissə.
Budaq cümlə ya baş cümlənin buraxılmış (və ya əvəzlik-qəliblə ifadə olunmuş) bir üzvünün yerində işlənir, ya da baş cümlənin ümumi məzmunu ilə bağlı olur; məs.: Məktəbdə aparılan sorğu göstərdi ki, şagirdlərin çoxu hərbçi olmaq istəyir. Buradakı baş cümlədə (məktəbdə aparılan sorğu göstərdi ki) tamamlıq buraxılmışdır. Budaq cümlə (şagirdlərin çoxu hərbçi olmaq istəyir) buraxılmış tamamlığı əvəz etmişdir. Belə ki, bu mürəkkəb cümləni sadələşdirib budaq cümləni bütövlükdə feili sifət tərkibi şəklində tamamlıq yerində işlətmək olar: Məktəbdə aparılan sorğu şagirdlərin çoxunun hərbçi olmaq istədiyini (nəyi?) göstərdi.
Həmçinin bax:
Eyni əşyadan iki və daha çox olduğunu bildirən isim.
İsim cəmdə olarkən -lar2 şəkilçisi qəbul edir: şəhər – şəhərlər, maşın – maşınlar və s. Cəmlənmək daha çox ümumi isimlərə aiddir. Lakin xüsusi isimlər, xüsusilə şəxs adları da cəm şəkilçisi qəbul edə bilər: Nizamilər, Abbasilər və s. Cəm şəkilçisi qəbul etməsinə baxmayaraq, bu cür adlar da böyük hərflə yazılır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti